Alimlər hesab edir ki, “geriyə yol effekti” heç də əvvəllər düşünüldüyü kimi artıq sizə tanış olan marşrut üzrə hərəkət etməyin nəticəsində ortaya çıxmır, bu tamamı ilə başqa gözləntilər ilə bağlıdır.
Niderlandın Tilburq universitetinin aparıcı tədqiqatçısı Nils de Ven deyir ki, insanlar adətən səfərin nə qədər müddət davam edəcəyini düzgün qiymətləndirə bilmir, ona görə də bu səfər onlarda daha uzun kimi təsəvvür yaradır. Məhz buna görə də səyahətçi gözləyir ki, geri qayıdarkən da yol uzun olacaqdır. Amma yol onun gözlədiyindən daha qısa alınır.
Tədqiqatçılar qeyd edirlər ki, yolda keçirilən vaxtın həddindən artıq optimistik qiymətləndirilməsi elə bir illüziya yaradır ki, geriyə qayıdan yol daha qısa olur. Bu qənaətə, 350-dən çox insanın iştirak etdiyi 3 qısa tədqiqat nəticəsində gəlinib. Həmin insanlar fərqli üsullarla səyahətə çıxıblar: kimi avtobusda, kimi velosipeddə, kimi də öz vaxtını videoya baxmaqla keçirib. Alimlər tərəfindən əldə edilən nəticələr, ilk dəfə getdiyiniz yol ilə müqayisədə qayıdan yolun artıq yaxşı tanış olduğu və ona görə də daha az gözlənilməzliklər vəd etməsinə görə qısa olması kimi formalaşmış məşhur bir fikri tamamı ilə dağıtdı.
Tədqiqatçılar söyləyir ki, bu izahatlar çox az ağlabatandır, çünki “geriyə yol effekti” hətta respondentlərin geri qayıdarkən başqa marşrutla, lakin məsafə baxımından birinci marşruta ekvivalent olan yolla hərəkət etməsi zamanı da müşahidə olunur. Ekspertlər ümid edir ki, “geriyə yol effekti”-ndən daha məntiqi bir izahat tapa biləcəklər.
Professor Van de Ven deyir ki, gedərkən və qayıdarkən yola sərf edilmiş zamanın qavranılmasının təsiri ilə bağlı araşdırmanın nəticələri, insanların hətta səyahətlə bağlı olmayan tapşırıqların davamiyyətini necə mənimsəməsi ilə bağlı ehtimallar irəli sürməyə imkan verəcək.