7 C
Baku
Sunday, December 15, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Nağd istehlak kreditləri: Banklar hansı hallarda zamin tələb edir?

Nağd istehlak kreditləri: Banklar hansı hallarda zamin tələb edir?

0
Nağd istehlak kreditləri: Banklar hansı hallarda zamin tələb edir?

İstehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditləri praktikada riskli kreditlər kateqoriyasına aid olan kreditlər kimi təsnifləşdirilir.

Bunun səbəbi müxtəlifdir – iş yerlərindəki ixtisarlar, qiymətlərin artması, valyuta siyasəti, gözlənilməz xərclər və s. borcalanların ödəniş qabiliyyətinə təsir etməklə kreditlərin geri qayıtma tendensesiyasına mənfi təsir edir.

Banklar istehlak kreditləri rəsmiləşdirən zaman müştəri mənmuniyyətini və loyallığı qorumaqla yanaşı riskləri də düzgün tənzimləməlidirlər. Əks halda bu kredit portfelinin keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxara bilər. Riskləri tənzimləməyin bir sıra üsulları vardır. Bunlara misal olaraq daşınar və daşınmaz əmlakın kreditin girovu qismində götürülməsi, kreditlərin daha qısa müddətə rəsmiləşdirilməsi, skorinq sisteminin tətbiq edilməsini və s. göstərmək olar. Bu üsullar içində ən geniş yayılanlardan zamin tələbini qeyd edə bilərik. Banker.az monitorinq qrupu olaraq Bankların girov tələb etmədən təklif etdikləri nağd istehlak kreditlərinə tətbiq etdiyi zamin tələbini araşdırmışıq. Araşdırma nəticəsində belə bir qənaətə gəldik ki, Banklar əsasən kredit məbləğinə və müştərilərin kredit tarixçəsinə əsaslanaraq zaminlik tələblərini müəyyən edirlər.

Aşağıdakı cədvəldə müvafiq şərtlərlə ətraflı tanış ola bilərsiniz.

Bank Maksimum məbləğ Zamin şərtləri
AccessBank 20 000 AZN Kreditin müddətindən və məbləğindən asılı olaraq fərdi təyin edilir
AFB Bank 10 000 AZN Kredit bütün hallarda zaminlə rəsmiləşdirilir:
Məbləğ 5000 AZN-dək olduqda  – 1 zamin tələb edilir
Məbləğ 5001 – 10 000 AZN olduqda – 2 zamin tələb edilir
AzerturkBank 15 000 AZN Kredit bütün hallarda zaminlə rəsmiləşdirilir
Bank Avrasiya Fərdi baxılır Kredit bütün hallarda zaminlə rəsmiləşdirilir
Bank BTB 8 000 AZN Kredit məbləği 2000 AZN-dən yuxarı olduqda zamin tələb edilir
Bank of Baku 10 000 AZN Bankda yüksək kateqoriyaya malik olan müştərilər üzrə:
Məbləğ 5000 AZN-dən yuxarı olduqda zamin tələb edilir
Bankda aşağı kateqoriyaya malik olan müştərilər üzrə:
Məbləğ 3000 AZN-dən yuxarı olduqda zamin tələb edilir
Qeyd: Yüksək əmək haqqı alan müştərilər üzrə 10 000 AZN-ə kimi zaminsiz rəsmiləşmə mümkündür.
Bank Respublika 10 000 AZN Müştərinin iş yeri və gəlirindən asılı olaraq 5000 AZN-ə kimi zaminsiz rəsmiləşmə mümkündür.
Qeyd: Yüksək əmək haqqı alan müştərilər üzrə 10 000 AZN-ə kimi zaminsiz rəsmiləşmə mümkündür.
Dəmirbank 15 000 AZN Kredit məbləği 3000 AZN-dən yuxarı olduqda zamin tələb edilir
Expressbank 10 000 AZN Kredit məbləği 3000 AZN-dən yuxarı olduqda zamin tələb edilir
Gunaybank 2000 AZN Kredit bütün hallarda zaminlə rəsmiləşdirilir:
Məbləğ 1000 AZN-dək olduqda  – 1 zamin tələb edilir
Məbləğ 1001 – 2 000 AZN olduqda – 2 zamin tələb edilir
Kapitalbank 20 000 AZN Kredit məbləğindən, müştərinin iş yeri və yaşından asılı olaraq, həmçinin kredit mütəxəssisinin şəxsi mülahizəsi əsasında təyin edilir
NBC Bank 10 000 AZN Kreditin müddətindən və məbləğindən asılı olaraq fərdi təyin edilir
Nikoil Bank 30 000 AZN Kredit məbləği 3000 AZN-dən yuxarı olduqda zamin tələb edilir
RabitəBank 5000 AZN Kreditin müddətindən və məbləğindən asılı olaraq fərdi təyin edilir
TuranBank 5000 AZN Kredit bütün hallarda zaminlə rəsmiləşdirilir:
Məbləğ 2000 AZN-dək olduqda  – 1 zamin tələb edilir
Məbləğ 2001 – 10 000 AZN olduqda – 2 zamin tələb edilir
Unibank 15 000 AZN Kreditin müddətindən və məbləğindən asılı olaraq fərdi təyin edilir
YapiKredi Bank Fərdi baxılır Kreditin müddətindən və məbləğindən asılı olaraq fərdi təyin edilir
ZiraatBank 15 000 AZN Bütün hallarda 2 fiziki şəxsin zaminliyi tələb edilir

 

QEYD*

AgBank Kredit verilmir
AmrahBank Kredit verilmir
ASB Kredit verilmir
Atabank Kredit verilmir
Bank VTB Kredit verilmir
MuganBank Kredit verilmir
Paşa Bank Məlumat verilmədi
Xalqbank Kredit verilmir