11 C
Baku
Monday, November 18, 2024

Nağd olsun, dollar olsun – Bankların əhaliyə valyuta satışı artdı

Gözlənildiyi kimi, ötən ay Dövlət Neft Fondunun Mərkəzi Bankda satdığı ABŞ dollarının həcminin 20 aylıq maksimuma çatması əhalinin dollar alışının yüksəldiyini deməyə əsas verirdi.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin noyabrında banklar əhaliyə nağd şəkildə 316.82 milyon ABŞ dolları satmışdır. Bu da o deməkdir ki, öncəki ayla müqayisədə iki dəfəyə yaxın (157.56 mln. USD) artımla ilin əvvəlindən bu tərəfə ən maksimal statistikadır.

Nəticədə isə USD/AZN mübadilə əməliyyatları üzrə orta ölçüdə məzənnəsini son bir ayda 0.0019 manat, yaxud 0.1% artımla 1.7010 səviyyəsinə çıxarıb. Bu da 2021-ci ilin yanvarındakı (1.7016) səviyyəsindən bu tərəfə minimal göstəricidir.

ARDNF banklara noyabrda keçirilən valyuta hərraclarında 853.9 mln. ABŞ dolları satmaqla 2020-ci ilin martından bu tərəfə maksimum yeniləmişdi.

ABŞ dollarına tələb bu ayda yüksək olduğu müşahidə edilir. Dekabr ayında indiyə qədər 6 valyuta hərracı keçirilib. Bu hərraclarda bankların dollar tələbi  597.10 mln. dollar təşkil edib. Banker.az analitikləri növbəti üç hərracda da 100 mln. üzərində hər hərraca dollar alışının olacağını gözləyir ki, bu da ARDNF-in məzənnə qorunması üçün 900 mln. dallar ətrafında böyük bir valyuta satılacağını gözləyir.

23123

ƏHALİ “DOLLARINI” ƏLİNDƏ SAXLAYIR

2021-ci ilin noyabrında Azərbaycan banklarının əhalidən aldığı nağd ABŞ dollarının həcmi öncəki aya nisbətən 3.91 mln. dollar, yaxud 3.9% azalıb və rəqəm  96.3 milyon dollara düşüb. Bu da o deməkdir ki, əhalinin banklara nağd dollar satışı 2020-ci ilin oktyabrından bu tərəfə ən minimal göstəriciyə düşüb.

Azərbaycanda əhalinin “yastıq” altından çıxarıb banklara çıxardığı dolların həcmi ən çox fevral ayında (142.4 mln. dollar) qeydə alınmışdı. Hansı ki, həmin dövrdə neftin qiymətində artan dinamika və rəsmilərin manatla bağlı verdiyi müsbət siqnallar əhalini yerli valyutaya inamını artırmışdı.

Hazırda isə neftin qiymətində müşahidə edilən artma-azalma və Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarında ABŞ dolların qarşı dəyər itirməsi bu bazardakı sabitliyi hərəkətləndirə bilir.

Cari ildə manatın məzənnəsinin dollar qarşısında dəyişə biləcəyi ilə bağlı son açıqlamalar Azərbaycan Mərkəzi Bankı rəsmilərindən gəlib. MB sədri Elman Rüstəmov bildirmişdi ki, manatın məzənnəsində ucuzlaşma, hətta bahalaşması üçün əhəmiyyətli təzyiqlər var. Lakin, “bu, bizim iqtisadi strategiyamıza uyğun deyil” deyə bildirmişdi.

AMB sədri ona görə də ilin sonuna qədər bu təzyiqin azalmasının gözlənildiyini demişdi.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2021-ci ilin faiz dərəcəsi üçün nəzərdə tutduğu  iclasdakı press-relizdə qeyd edir ki, başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır.

Cari ilin ilk 11 ayı ərzində Azərbaycan bankları əhaliyə  1 674.02 milyon ABŞ dolları satmış, əhalidən isə  1 249.04 milyon dollar alınmışdır ki, burada yenə də 42.5 mln. dollarlıq əhalinin “yastıqları” altına nağd valyuta pul axını deməkdir.

Manatın real effektiv məzənnəsi xarici tərəfdaş ölkələrin milli valyutası qarşısınakı indeksi yüksəlib. Bu da 2015-ci ildə qeydə alınmış ikinci devalvasiyadan bu tərəfə müşahidə edilən maksimal göstəricidir. Manatın real effektiv məzənnəsi 109.5 bəndə qədər yüksəlib. Real effektiv məzənnə son ayda 4 faiz bəndi kəskin artım yaşayıb. 2020-ci ilin noyabrında isə 102.7 bənd təşkil edirdi.

232313123 1

Son xəbərlər
Digər xəbərlər