12 C
Baku
Saturday, November 23, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Nağd pul kreditləri üzrə bankların “Yeni il” kampaniyaları

Nağd pul kreditləri üzrə bankların “Yeni il” kampaniyaları

0
Nağd pul kreditləri üzrə bankların “Yeni il” kampaniyaları

Son 6 – 7 ildir ki, ilin müəyyən vaxtlarında Banklar tərəfindən ənənə halını almış bəzi kampaniyaların keçirilməsi müşahidə olunur. Bu kampaniyalar əsasən milli, dini və dünyəvi bayramlar ərəfəsinə təsadüf edir. Qarşıdan “yeni il” bayramı gəlir və bu bayram münasibətilə də hər il olduğu kimi bu il də banklar öz kampaniyalarını ictimaiyyətə elan ediblər. Kampaniyalarda nağd pul krediti əldə edən müştərilərə əsasən aşağıdakı endirimlər və güzəştlər təklif edilir.

  • Kreditin illik faiz dərəcəsində endirimlər
  • Kreditin komissiyasız rəsmiləşdirilməsi
  • Zaminlik tələbində yumşalma
  • Kredit üzrə güzəşt müddətinin verilməsi
  • Kredit əldə edən müştərilərə hədiyyələr verilməsi və s.

Müvafiq kampaniyaların keçirilməsində məqsəd həm kredit satışlarını artırmaq həm də müştəri məmnuniyyətini təmin etməkdir. Monitorinq qrupumuz bankların zəng mərkəzləri və rəsmi saytlarından aldığı məlumatlara əsasən yeni il münasibətilə keçirilən kampaniya şərtlərini təhlil edib. Oxucularımızın rahat müqayisə edə bilməyi üçün kredit şərtlərini aşağıdakı cədvəldə təqdim edirik.

Bank Kampaniyanın şüarı Bitmə tarixi İllik faiz üzrə güzəştlər Komissiya üzrə güzəştlər Digər güzəştlər
Unibank 2018-ci ili 18% ilə yola sal 29.12.2018 Maaş 1000 AZN-dən az olduqda

12 ayadək – 22% / 13 – 18 ay – 23%

19 – 24 ay – 24% / 25 – 36 ay – 25%

37 – 48 ay – 27%

Maaş 1000 AZN-dən çox olduqda

12 ayadək – 18% / 13 – 18 ay – 22%

19 – 24 ay – 23% / 25 – 36 ay – 24%

37 – 48 ay – 26%

Kredit məbləğinin 2018 AZN -dək olan hissəsindən komissiya tutulmur.
  • Kredit üzrə əsas borcdan 2 ay güzəşt müddəti
  • Albalı Plus kredit kartı hədiyyə.
  • Zamin tələbi yoxdur.
Bank of Baku Əmək haqqının 15 mislinədək zaminsiz və komissiyasız kredit 10.01.2019 Maaşdan asılı olaraq standart faizlərə aşağıdakı endirimlər edilir:

Maaş 500-dək – 3% endirim

Maaş 501 – 1000 – 4% endirim

Maaş 1001 – 2000 – 5% endirim

Maaş 2001 və çox – 6% endirim

Qeyd: Minimum faiz 20% ola bilər.

Məbləğdən və müddətdən asılı olmayaraq komissiya tutulmur.
  • 10 000 AZN-dək məbləğlər üzrə zamin tələb edilmir.
Rabitəbank İlk ayın faizi bizdən hədiyyə! 15.01.2019 Müddətdən və maaşdan asılı olmayaraq  – 22% Güzəşt yoxdur, komissiya 1.5% təşkil edir. kredit müddətindən asılı olmayaraq ilk ay üzrə ödəniş faizi bank tərəfindən hədiyyə edilir.
Bank Respublika “Hədiyyəli 18” 15.01.2019 Maaşdan asılı olmayaraq hər kəsə aşağıdakı faizlər təklif edilir.

Müddət  6 ayadək – 18%

Müddət  7 – 12 ay – 21%

Müddət  13 – 18 ay – 23%

Müddət  19 – 24 ay – 25%

Müddət  25 – 36 ay – 28%

Güzəşt yoxdur, komissiya

1-2% arası dəyişir

  • Nağd kredit əldə edən hər kəsə bankın ödəniş kartları hədiyyə edilir
  • 10 000 AZN-dək məbləğləri zaminsiz əldə etmək mümkündür
Kapital Bank Yeni ilə Yeni faizlə Məlum deyil Müddət  12 ayadək – 19% (təkrar müştərilər.

Müddət  13 – 24 ay – 25,2%

Müddət  25 – 36 ay – 26,9%

Müddət  37 – 48 ay – 27.84%

Güzəşt yoxdur, komissiya sığorta xərci ilə birlikdə 6% təşkil edir
  • 15 000 AZN-dək zaminsiz
NIKOILBank Həmrəylik günü kampaniyası 15.01.2019 Standart faizlərə 2% endirim edilir.

Endirimdən sonra 19% – 23% arası olacaq

Məbləğdən və müddətdən asılı olmayaraq komissiya tutulmur.
  • 7500 AZN-dək zaminsiz
Expressbank “20” “19” oldu 29.12.2018 Müddət  6 ayadək – 19%

Müddət  7 – 12 ay – 20%

Müddət  13 – 18 ay – 22%

Müddət  19 – 24 ay – 23%

Müddət  25 – 36 ay – 25%

Müddət  37 – 48 ay – 26%

Güzəşt yoxdur, komissiya

1-3% arası dəyişir

  • 5 000 AZN-dək zaminsiz
Azər Türk Bank Yeni ili faizsiz qarşıla! 28.12.2018 Müddət 20 ayadək olduqda – 19%

Müddət 21 – 36 ay olduqda – 22%

Kredit üzrə ilk ayın faizləri bank tərəfindən müştəriyə hədiyyə ediləcək, komissiya

1 % təşkil edir.

  • 10 000 AZN-dək zaminsiz