I Napaleon 1805-ci ildə Avropada başlatdığı işğalçı müharibələri qısa bir müddətdən sonra Fransanı qitədə ən əsas ölkəyə çevirir. Napaleona tabe olmayanlar arasında qərbdə Dumanlı Albion, şərqdə isə Rusiya qalmışdı. Lakin 1812-ci ildə şərqə yürüşünün nəticələri fransız imperatoru və onun ordusu üçün kədərli olur.
O, qaçaraq canını qurtarmalı olur. 1814-cü ildə Leypsiqdə olan xalqların döyüşündə də Napaleon məğlubiyyətlə üzləşir. Daha sonra isə o, ittifaq qoşunlarına təslim olmaq məcburiyyətində qalır. Avropada fransızların hegemonluğuna son qoyulur, lakin Napaleonun adı tarixdə qalır. Onu hərbi və dövlət dahisi adlandırırlar, onun döyüşləri hərbi kitablara düşüb. «Napaleon Kodeksi» qərb demokratiyasının mülki normalarının əsasına çevrilib.
Napaleon çox ağıllı idi, o, çox güclü yaddaşa sahib idi, nadir hallarda gülürdü, spirtli içkilər qəbul etmirdi. O, hər kəsin yaddaşında məhz belə qalıb və hər kəs onu belə xatırlayır. Onun işləmək bacarığı hər kəsi heyrətləndirirdi: səhər saat 4-də o, artıq oyaq olurdu və masasının arxasına keçərək kağızlarla işləyirdi. Napaleon özünü insanlara sevdirə bilirdi, xalq ona qulaq asmağı sevirdi. O öz ətrafında bacarıqlı, ağıllı və fədakar sərkərdələri toplayırdı, onun dahiliyinə inanan və onunla sonuna qədər getməyə hazır olan insanları…
Napaleon Korsika adasında, varlı olmayan zadəgən vəkil ailəsində anadan olmuşdu. On yaşında olarkən onu Fransaya hərbə məktəbdə təhsil almağa göndərirlər. Burada o, öz bacarıqlarını göstərir: riyaziyyatdan çox yaxşı olur, hər kəsi öz fenomenal yaddaşı ilə təəccübləndirirdi- Kornelin, Rasinin, Volterin əsərlərini əzbərdən söyləyirdi. Lakin Napaleon xarici dilləri öyrənməkdə çətinlik çəkirdi. Hərbi məktəbi bitirdikdən sonra Napaleon Fransız hərbi akademiyasına daxil olur. 16 yaşındaykən akademiyanı bitirir və fransız ordusunun kiçik leytenantı olur.
Böyük Fransız inqilabını, Bastiliyanın süqutunu Napaleon həssascasına qəbul edir və öz hərbi bacarıqlarını göstərmək vaxtının gəlib çatdığını hiss edir. 1793-cü ildə Tulonun əhatəsi zamanı Napaleon artilleriya batareyasına rəhbərlik edirdi. O, şəxsən hücümda iştirak edirdi, yaralanır, lakin şəhəri götürə bilir. Bu onun ilk qələbəsi idi. Bu qələbəyə görə yakobinlər, Robespyerin tərəfdaşları, Napaleona general- mayor rütbəsi verirlər. Parisdə hər kəs Napaleon haqqında danışmağa başlayır.
Bonapart edam olunmuş general Boqarnanın dul qalan yoldaşı Jozefina Boqarna ilə ailə həyatı qurur. Və İtaliya ordusuna rəhbərlik etməyə başlayır. Yenə də onun arxası ilə ordular getməyə başlayır. Bu dəfə Napaleon Fransaya Şimali İtaliyanı da birləşdirə bilirdi. Bütün Fransa onun qəhramanlığı haqqında xəbər tutur. Daha sonra isə Napaleon Misirə, ingilislərin müstəmləkəsinə gedir, lakin onun bu səfəri uğursuzluqla sonunclanır. O, Qahirəni və İskəndəriyyəni işğal edir, lakin dəniz tərəfindən dəstək almadığı üçün geri çəliməli olur. Bonapart gizli şəkildə Fransaya qayıdır.
Qısa bir zamandan sonra Fransada çevriliş baş verir. Direktoriya süqut edir, Napaleonu respublikanın birinci konsulu elan edirlər, beş ildən sonra isə o, imperator olur. O, konstitusiyada dəyişiliklər edir, zadəgan statusunu bərpa edir, mülki kodeksi və yaxud «Napaleonun Kodeksi»ni işə salır. Bu kodeksə əsasən anadan gələn kimi insanlara verilən imtiyazlar ləğv edilirdi, bütün insanlar qanun qarşısında bərabər hüquqlu idilər. O, fransız bankını, fransız universitetini təsis edir.
1805-ci ildə Napaleon iki imperatorun – avstriyalı II Frans və rusiyalı I Aleksandr – ordusuna qarşı olan döyüşdə iştirak edir. Tarixə bu döyüş «üç imperatorun döyüşü» adı ilə düşür. İki imperatorun ordusun sayı 85 min nəfər, fransız ordusunun sayı isə dəfələrlə çox idi. Napaleon orduya başçılığı Kutuzovun deyil, onu cəzalandırmaq istəyən Aleksandrın edəcəyini başa düşürdü. Napaleon rəqib ittifaqa hiylə gəlir: o özünü geri çəkilirmiş kimi göstərir və lazımi anda əsas qoşunlarını döyüşün getdiyi meydana salır. İttifaq qoşunları geri çəkildilər, hər iki imperator qaçdılar, Kutuzov isə yaralanmış idi. Hər iki ittifaq qoşunları məğlubiyyət ilə üzləşirlər.
Öz növbəti səfərini 1806-cı ildə Napaleon Prussiyaya edir. Burada o, Prussiya və Rus ordularına qalib gəlir, Yenada, Auerştetdə, Fridlandda da qələbə çalır. 1809-cu ildə isə yenə də Avstiya ordusuna qalib gəlir. Bu səfərlərin və döyüşlərin nəticəsində Napaleon bütün Mərkəzi Avropanın imperatoru olur.
Napaleonun 10 illik hökmranlıq müddətində Fransa ən əsas Avropa ölkəsinə və gücünə çevrilmişdi. İmperator Napaleon bütün səfərlərin iştirakçısı, döyüşlərin təşkilçisi olmuşdu. Onun bir sıra prinsipləri var idi. Napaleon bu prinsiplərə sadiq qalmağa çalışırdı və onların qələbəyə apardığına inanırdı. İlk növbədə sayın azlığını o, hərəkətlərin çevikliyi ilə kompensasiya etməyə çalışırdı. O, lazımı yerdə, lazımı anda olmağa və vəziyyətə görə hərəkət etməyə çalışırdı.
Napaleonun hökmranlığının ilk illərində daxili siyasət əhalinin böyük dəstəyi ilə təmin olunurdu. Ölkədə iqtisadiyyat dirçəlir, yeni tikililər artmağa başlayır və bu da öz növbəsində yeni iş yerlərinin açılması demək idi. Fransanın ərazisinin genişlənməsi Napaleonun dahiliyinin sübutudur. Onu ata yurdunun xilaskarı adlandırırdılar. Lakin müharibələr bitmirdi və orduya gənc və sağlam kişiləri götürürdülər. Və bu hal kənd təsərrufatına mənfi təsir göstərirdi. Hər kəs özünə bir sual verməyə başlayır: bütün Avropanı özümüzə təslim etmək bizim nəyimizə gərək? Bunda nə məna var? Fransanın təhlükəsizliyinə heç kəs hədə qorxu gəlmirdi. Bəs onda bir birinin ardı ilə bu qədər müharibə etməyə nə ehtiyac var? Axı bu müharibələr ölkə iqtisadiyyatına zərər gətirirlər, insan resurslarını məhv edirlər.
Lakin özünü məğlubedilməz hesab edən Napaleonun başqa planları var idi. O, Fransanın rəqibi olan İngiltərə ilə ticarət əlaqələri olan Rusiyanı işğal etmək və özündən razı I Aleksandrı cəzalandırmaq istəyirdi. Napaleon dahi olduğuna inanırdı. Onun bu ambisiozluğu ona zərər verir. Fransa Avstriya ilə hərbi ittifaq bağlayır və avstriliyalılar Napaleona Rusiyaya qarşı 30 min nəfər əsgər təqdim edir. Prussiya Napaleona 20 min nəfər əsgər təqdim edəcəyinə söz vermişdi. Rusiyada bu hazırlıqlar haqqında xəbərdar idilər: Kutuzov Türkiyə ilə sülh bağlayır, cənubda Avstriya ordusuna qarşı bir sədd kimi xidmət edə biləcək Çiçaqovun Dunay ordusu əmələ gəlir.
1812-ci ilin may ayında Napaleon ittifaq monarxlarla görüşdükdən sonra Nemanda duran orduya gedir. 24 iyunda Napaleon Rusiyanın sərhədlərini keçir. Lakin onun güman etdiyi qalibiyyət marşı səslənmir. Fransız ordusundan zəif olan rus ordusu döyüşə girməkdən çəkinirdi və geri çəkilirdi.
Borodin döyüşündən sonra, rusların ilk dəfə öz güclərini nümayiş etdikləri döyüşdən sonra, sentyabr ayında Napaleon Moskvaya tərəf gedir. Kutuzov Moskvanı döyüşsüz verir, lakin Napaleon özünü qalib hiss etmirdi. O, onun müflis və yandırılımış Moskvada bir işi olmayacağını düşünürdü. Napaleon geri qayıtmaq haqqında qərar qəbul edir. Daha sonra baş verənlər isə hər kəsə məlumdur. Böyük fransız rdusundan yalnız 10% qalır. Avropada bütün növbəti döyüşlərdə Napalen bir-birinin ardı ilə məğlub olur.
1814-cü ildə İngiltərənin və Rusiyanın ittifaq qoşunları Parisə girirlər. Napaleon taxtdan imtina edir və onu Elba adasına sürgün edirlər. 1815- ci ildə Napaleon gizli şəkildə Parisə qayıdır, lakin cəmi 100 gün taxtda qala bilər. Vaterloda fransız ordusu sarsıdıcı məğlubiyyətlə üzləşir. İngilislərin müşayiəti ilə Napaleonu Atlantikada Müqəddəs Yelena adasına çatdırırlar. Orada Bonapart həyatının son altı ilini keçirdir. Napaleonun qalıqları 1840-cı ildən etibarən Parisdə imkanları məhdudların evində saxlanılır.