15 C
Baku
Tuesday, April 30, 2024

Napoleonun çəkmələri 117 min avroya satılıb

Paris auksionunda Napoleon Bonapartın məşhur çəkmələri 117 min avroya satılıb.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bu barədə “Drouot” auksion evinin “Twitter” səhifəsində bildirilib.

Qara rəngli çəkmələr 40 ölçülüdür. 

Təbii dəridən hazırlanan çəkmələrin hündürlüyü isə 48 sm-dir.

Bundan əlavə, çəkmələrdə Napoleonun tez-tez ayaqqabı aldığı parisli çəkməçi Jakın möhürü var.

Alıcının adı açıqlanmayıb. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər