“Nar” karantin müddətində abunəçilərinin artan telekommunikasiya tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlılığını tam şəkildə təmin edir. Mobil operator həm paytaxt, həm də region sakinlərinin mobil rabitə tələblərini tam ödəmək, eyni zamanda onları yüksəksürətli, kəsintisiz internetlə təmin etmək məqsədilə bütün baza stansiyaları üzrə şəbəkə tutumunu əhəmiyyətli dərəcədə genişləndirib. Mobil rabitə şəbəkəsinin stabilliyini təmin etmək və şəbəkə istifadəçilərinə dəstək olmaq məqsədilə, 24/7 rejimində şəbəkə üzrə təhlillər və optimizasiya işləri həyata keçirilir, texniki heyət isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bildirək ki, abunəçilər “Nar”ın sərfəli şərtlərlə təqdim etdiyi müxtəlif internet paketləri ilə indi daha çox ünsiyyətdə olurlar. Belə ki, əvvəlki dövrlə müqayisədə karantin müddətində “Nar” şəbəkəsində internetdən istifadənin həcmi 20% artıb.
Hazırda “Nar”ın 4G və 4/4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. Operator ötən il ərzində 4G/4.5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub..
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2.3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.