10 C
Baku
Thursday, November 14, 2024

“Nargis” Fondu və “Bank Respublika” ənənəvi xeyriyyə aksiyası həyata keçirib

®31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Nargis” Fondu və ölkəmizin aparıcı banklarından biri olan və “Bank Respublika” ənənəvi xeyriyyə aksiyası həyata keçirib. 

Aksiya çərçivəsində Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr ziyarət edilib. Vətəndaşlara bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.

“Bayramlar paylaşdıqca gözəldir!” şüarı ilə keçirilən aksiyanın əsas məqsədi, bayram öncəsi ehtiyacı olan şəxslərə dəstək olmaq, onlara bayram sevinci yaşatmaq olub.

 “Nargis” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərməkdədir. Fondun dəstəyi ilə Azərbaycan Respublikasının müxtəlif yerlərində yaşayan ağır xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşaq yenidən sağlamlığa qovuşub. Eyni zamanda Fond tərəfindən müxtəlif social layihələr həyata keçirilir, o cümlədən aztəminatlı ailələrə dəstək məqsədilə müxtəlif aksiyalar və xeyriyyə tədbirləri təşkil olunur.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Stabil” proqnozlu “B2” reytinqinə (Moody’s) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər