12 C
Baku
Thursday, March 28, 2024

NASA Aya ilk qadın astronavtı göndərəcək

 NASA 2024-cü ildə Ay səthinə ilk dəfə qadın astronavtı endirəcək. Bu barədə Rusbase saytı xəbər verib. NASA-nın Ay səthinə astronavtların göndərilməsi üzrə yeni missiyası Artemida adlanır. Beləliklə bu missiya qədim yunan mifologiyasında Ay ilahəsi və Apollonun bacısı olan Artemida-nın şərəfinə adlandırılıb. Qeyd etmək lazımdır ki, ABŞ-ın 1960-1970-ci illərdəki ilk Ay missiyası da məhz Artemida adını daşıyırdı.

    ABŞ prezidenti Donald Trump Twitter-də elan edib ki, o, NASA-ya əlavə olaraq 1.6 milyard dollar vəsait ayıracaq. Daha öncədən Trump NASA-ya 21 milyard dollar vəsaitin ayrılması üzrə göstəriş vermişdi. Həmin vəsaiti NASA 2020-ci ildə əldə etməlidir. Əlavə 1.6 milyard dollar vəsaitin ayrılmasını isə ABŞ konqressi təsdiqləməlidir. “Mənim administrasiyam dövründə biz, NASA-nın əzəmətini geri qaytaracağıq, Aya geri dönəcəyik və daha sonra Marsa uçacağıq. Bizim kosmosa lazımi şəkildə qayıtmağımız üçün mən NASA agentliyinin büdcəsini əlavə 1.6 milyard dollar ilə yeniləyirəm” – deyə Donald Trump bildirib.

    ABŞ Ay-dan Mars planetinə uçmaq üçün keçid səviyyəsi kimi istifadə etmək niyyətindədir. Əgər NASA Ay səthinə enişi 2024-cü ilə planlaşdırırsa, deməli Marsa uçuş 2030-cu illərə təsadüf edəcək. Qeyd etmək lazımdır ki, 1969-cu ildə ABŞ-ın Apollon-11 adlı kosmik aparatı məşhur astronavtlar Neil Armstrong və Buzz Aldrin-i Ay-a göndərmişdi. Onlar Ay səthinə ayaq basmış ilk insanlar olmuşdular. Daha sonra ABŞ bir neçə Ay missiyası da reallaşdırmışdı. Ən son Ay missiyası isə 1972-ci ildə baş tutmuşdu.

©Technote

Son xəbərlər
Digər xəbərlər