Bu axşam, Bakı vaxtı ilə saat 23:22-də ilk dəfə olaraq şəxsi şirkətə məxsus raket və kosmik gəminin köməkliyi ilə astronavtların kosmosa uçuşu baş tutub.
NASA-nın məlumatına görə, bu, “SpaceX Demo-2” uçuş aparatının ikinci cəhdidir.
Bu, həmçinin son doqquz ildə ABŞ ərazisindən ilk pilotlu missiya uçuşu olub.
İlk uçuş 27 mayda planlaşdırılsa da, hava şəraitinə görə baş tutmamışdı. NASA-nın son məlumatına görə, hazırda hava şəraiti start üçün əlverişlidir.
Uçuşu izləyənlər arasında ABŞ Prezidenti Donald Tramp da var.