İqtisadçı Nassim Taleb, Lui Pastrin sözləri ilə bizə xatırlatmaqdan yorulmur: “Yaxşı şanslar ona hazır olan insanları tapır”. O, hər dördüncü ili bütünlüklə elmi və fəlsəfi təhsildə olan boşluqların aradan qaldırılmasına həsr etməyi və kitab oxumayan “müvəffəqiyyətli insanlar”la ünsiyyətdən qaçmağı məsləhət görür.
Nassim Talebin bu 25 düşüncəsi sizi təəccübləndirəcək:
- Əgər imkanınız varsa, tarakanlara reinkarnasiya edin. Onlar dinozavrlardan daha yaxşıdırlar, çünki onlar bizdən çox yaşayacaqlar. Böyük heyvanlar tez ölür. Ölçü çox vacib bir cəhətdir: nə qədər böyüksənsə, bir o qədər həssassan.
- Nifrəti sevgiyə nisbətən saxtalaşdırmaq daha çətindir. Yəqin ki, saxta sevgi haqqında eşitmişiniz, amma saxta nifrət haqqında eşitmək ehtimalınız çox azdır.
- Bədbəxtlik ondadır ki, bizim ideyalarımız bizə yapışıb daha sonra qopmur: biz bir nəzəriyyəni ixtira etdikdən sonra, heç vaxt onu buraxmırıq. Buna görə qalib o kəsdir ki, nəzəriyyələrini açıqlamaqda tələsmir.
Bir şəxs etibarsız sübutlara əsaslanaraq nəticələr verdikdə, bu nəticələrə zidd olan hər hansı bir məlumatı, hətta daha etibarlı olsa belə, həzm edə bilmir. Bunun səbəbi ondandır ki, insan öz mövqeyindən asanlıqla əl çəkə bilmir.
Unutmayın ki, ideyaları biz öz əmlakımız kimi qəbul edirik. Əmlakla vidalaşmaq isə hər zaman çətindir.
- İnsan təşəbbüslərinin müvəffəqiyyəti, bir qayda olaraq, proqnozlaşdıra biləcək nəticəyə tərs mütənasibdir.
- Kağız kitabını oxumaq əsl xoşbəxtlikdir. Mən plastik stəkandan şampan içmirəm. Kindle-da da Dostoyevskini oxumaram
Bəlkə də Kindle-da o qədərdə yaxşı olmayan ədəbiyyat və ya The New York Times oxuya bilərəm. Dostoyevskini oxumaq isə mənə fayda verməyəcək.
- Oxunmamış kitablar oxunmuş kitablardan daha önəmlidir.
- Əslində, dünya görünüşünüz nə qədər geniş olarsa, kitab rəflərinizdə oxunmamış kitab bir o qədər çox olar.
- Kitabı hiss etmək çox vacidir. İstədiyim fikri tapmaq istədikdə mən Google-a müraciət etmirəm,mən öz kitabxanamdan kitabı əlimə götürüb nəzərimdə saxladığım fikri o kitabda tapıram.
- Daha çox deyəcəm: dünya görüşü olmadan alim olmaq fəlakətlərə gətirib çıxarır.
- Mən ümid edirəm ki, nə vaxtsa alimlər və siyasətçilər yenidən kəşf edəcəklər: insan mədəniyyətində ən qiymətli şey hörmətdir.
- Corc Soros, bəhs etməzdən əvvəl, onun nəzəriyyəsini yalanlaya biləcək məlumatları toplayır.
- Narkomanın orqanizmi yenidən narkotik tələb etməyə başlayırsa, ona narkotik verməyin. Borc məsələlərinin həlli üçün borc götürmək çıxış yolu deyil, intihardır.
- Bu gün planetimizdə yaşamaq üçün təbiət tərəfindən bizə verilmiş xəyal qurmaq bacarığı bəs etmir. Özümüz xəyal qururuq və o biri insanların xəyal qurmasına manə olmağa çalışırıq.
- “Sönmə” , arzuların xəyal ilə əvəz olunduğu anda başlayır və bir xəyalların digərlərini sıxışdırdığı halda bitir.
- Əgər səhər saatlarında günün necə olacağının dəqiqliyini bilirsinizsə, o zaman bir az ölü sarılırsınız və nə qədər dəqiq məlumatınız varsa,bir o qədər ölüsüz.
- Meyarları özünüz seçsəniz, həyat üzərində daha çox hakimiyyət əldə etmiş olarsınız.
- İnsanlar sözlərinizin hər hansı birinə inana bilərlər, əgər onların qarşısında zəifliklər aşkar etməsəniz;
- Sadəcə rahatlığı qoruyun, gülümsəyin, danışanın sözlərini deyil, özünü qiymətləndirin və mübahisədə siz qalib gələcəksiniz.
- Üç böyük asıllıq var: geroin, karbohidratlar, aylıq maaş.
- Təvazökarlıq – yaxşı gizlədilmiş təkəbbürdür
- Şöhrətiniz üçün ən təhlükəli şey – “onun” müdafiəsi üçün dediyiniz sözlərdir.
- Xoşbəxtlik üçün, xoşbəxtlik hissinin gücü yox, onun “müsbət effekt”i daha vacibdir.
- Özünə güvən – dünyadan onun sənlə razılığını gözləmədən yaşamaqdır.
- Canlılar qarşılarına çıxan bütün çətinlikləri enerjiyə çevirmədilər.
- İyirmi beş əsr ərzində dərinliyi, zəkası və xəyalpərəstliyi ilə Platonu keçə biləcək və bizi Platonun mirasından qoruyacaq bir insan hələ də anadan olmamışdır.