12 C
Baku
Wednesday, December 11, 2024

Natiq Əliyev: “Azərbaycanın qaz ehtiyatları Cənub Qaz Dəhlizini təmin etmək üçün kifayət qədərdir”

Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” yatağının ikinci mərhələsinin istismarından hasil edilən qazın nəqli üçün nəzərdə tutulub və Azərbaycan qazı əsas mənbədir.

Agentlik xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev”Natural Gas Europe” saytına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, növbəti onillikdə “Abşeron” qaz yatağında istismara başlanması gözlənilir və digər yataqlarda da işlər görülür.

“Azərbaycanın qaz ehtiyatları Cənub Qaz Dəhlizi layihəsini təmin etmək üçün kifayət qədərdir, amma bu layihə digər dövlətlərin qaz ehtiyatları üçün də açıqdır. Bu sahədə çox yaxşı təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini Azərbaycan neftinin nəqli üçün həyata keçirməyə başladıq, lakin 2006-cı ildə layihə fəaliyyətə başlayandan sonra bir neçə il ərzində Qazaxıstan və Türkmənistan neftinin də nəqlinə başlanıldı. Belə yanaşma Cənub Qaz Dəhlizi layihəsi üçün də mümkündür”, – deyə energetika naziri əlavə edib.

Report

Son xəbərlər
Digər xəbərlər