Azərbaycan Nazirlər Kabinetinin strukturunda daha bir təyinat olub.
Banker.az bu barədə NK-yə istinadla bildirir.
Məlumata görə, Natiq Məmmədov Nazirlər Kabineti Aparatının rəhbərinin müavini təyin edilib.
N.Məmmədov 2006-cı ildən Əmək və əhalinin sosial müdafiəsi nazirliyində nazir müavini vəzifəsində çalışmış və 2018-ci ilin 30 oktyabrında bu vəzifədən kənarlaşıb.