17 C
Baku
Friday, April 19, 2024

Natiqlik bacarığı

Napoleon Bonapart deyib: “Gözəl danışığa sahib olmayan insanlar karyeraya sahib olmayacaqlar”.  Natiqlik qabiliyyəti üçün isə hər şey – mətnin məzmunu, intonasiya, davranış tərzi, jestlər, mimikalar lazımdır.

Aşağıda auditoriyanı ələ almaq və dinləyicilərin təqdirinə səbəb olmaq üçün sizə lazım olacaq bir neçə məsləhət təqdim edirik:

  • Öz ağlınızla düşünün. İnsanlara hər hansı bir “dərslik”-dən sitat gətirmək heç də hər zaman işə yaramır. Auditoriya ilə işləməyi bacarın və əsas olaraq öz beyninizin məhsullarından istifadə edin.
  • Auditoriyanın istəklərini operativ şəkildə həyata keçirin. Yalnız öz sevdiyiniz şeylərdən danışmayın. Bəzən mövzunu dinləyicilərin daha çox maraq göstərdiyi istiqamətə yönəltmək lazımdır.
  • Problemlərdən uzaqlaşın və əsas diqqəti dinləyicilərin eşitmək istədiklərinə yönəldin.  Real həyatla bağlı sahib olduğunuz bilgiləri sərgiləyin. Məsələn, insanlar nə ilə bağlı daha çox həyəcan keçirir, biznesdə nələrə nail olmaq istəyirlər və s.
  • Məntiqi dəlilləri və təhlilləri nümayiş etdirin. Bu gün  gileylənmək və tənqid etmək kifayət deyil. Kütlə problemlərin həlli versiyalarını eşitmək istəyir.
  • Çıxış zamanı insanların düşünmək üçün üstünlük verdikləri mövzulara toxunun.
  •  Dinləyicilərə mükəmməl komplimentlər söyləyin. Məsələn, onlara intellektual əməkdaşlıq və dinləmələri üçün təşəkkür edin.

Son xəbərlər
Digər xəbərlər