NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvana səfər edib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirib.
Mirzoyan və Kolomina Ermənistan-NATO əməkdaşlığı məsələlərini, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemlərini müzakirə ediblər.