Şimali Atlantika Alyansı ölkələrinin müdafiə nazirləri silah, sursat və texnika ehtiyatlarının artırılması barədə razılığa gəliblər.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans dövlətlərinin müdafiə nazirlərinin ikigünlük görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
“Bu gün (dünən-red) biz alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün silah, sursat və avadanlıq ehtiyatlarını artırmağa qərar verdik”, – Stoltenberq bildirib.