11 C
Baku
Wednesday, December 11, 2024

NATO-nun 2024-cü il üçün hərbi büdcəsi 12 % artıb

NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12 % artaraq 2,03 milyard avroya çatıb.

Bu barədə Şimali Atlantika Şurasının məlumatında deyilir.

Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan NATO Müdafiə İnvestisiya Proqramı, ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən 1,3 milyard avro təşkil edəcək ki, bu da cari ilə nisbətən 30 % artım deməkdir.

Ümumilikdə alyansın 2024-cü ildə təxminən 3,768 milyard avro büdcəsi olacaq.

Son xəbərlər
Digər xəbərlər