NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfər edəcək.
O, səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, daha əvvəl Y.Stoltenberq tezliklə Gürcüstana səfər etməyi planlaşdırdığını açıqlamışdı.