15 C
Baku
Sunday, November 24, 2024

NATO rəhbəri: “Türkiyə dəyərli müttəfiqdir və narahatlığı aradan qaldırılmalıdır”

“Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı aradan qaldırılmalıdır”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra tviter hesabında yazıb.

“Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, – NATO baş katibi bildirib.

Xatırladaq ki, İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Türkiyə Finlandiya və İsveçi PKK terror təşkilatı ilə əlaqələrdə ittiham edir. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb. O, qeyd edib ki, Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər