NATO-nun bu gün Madriddə keçiriləcək sammitində alyansın yeni Strategiya konsepsiyası qəbul ediləcək.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Qeyd olunur ki, sammitdə NATO liderləri müdafiə xərclərinin artırılmasına sadiqliyini ifadə edəcək.
Bundan başqa, 2023-cü ilə kimi NATO-nun çevik reaksiya qüvvələrinin 40 mindən 300 min nəfərədək artırılması planlaşdırılır.
Qeyd edək ki, NATO-nun sonuncu Strategiya konsepsiyası 2010-cu ildə qəbul edilmişdi.