10 C
Baku
Saturday, November 23, 2024

NATO-ya üzv ölkələr müdafiə xərclərini artırır

Şimali Atlantika alyansının 18 üzvü müdafiə xərclərini cari ildə ÜDM-in 2 faizi hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək.

Bu barədə “Financial Times” NATO-dakı mənbələrə istinadla məlumat yayıb.

“NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2 faizlik hədəfə çatacağını gözləyir”, – mənbə bildirib.

Avropalı diplomatların fikrincə, NATO ölkələrinin müdafiə xərclərinin artırılması Donald Trampın Ağ Evə qayıtmasının mümkün mənfi nəticələrini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş strategiyanın elementlərindən biridir.

Qeyd edək ki, 2016-cı ildə alyansın yalnız beş üzvü ÜDM-in 2 faizdən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda bu ölkələr 7 idisə, ötən ildə bu rəqəm 11-ə çatıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər