1 C
Baku
Saturday, December 14, 2024

Naviqasiya yeniləmələri Rusiya gəmiləri üçün deaktiv edildi

Rusiya bayrağı altında üzən gəmilər xarici limanlarda qala bilər.

Belə ki, “Registr Lloyd Voyage Rus” şirkətinin Rusiya Federasiyasında bütün məhsul və xidmətlərini, əsas da elektron naviqasiya xəritələrini satmaqdan və yeniləməkdən imtina etməsi səbəbindən Rusiya gəmiləri tezliklə limanları tərk edə bilməyəcək.

Rusiya gəmiləri daha çox C-MAP elektron naviqasiya xəritələrindən istifadə edir. Əvvəllər, onlar “Registr Lloyd Voyage Rus” tərəfindən təmin edilirdi, lakin Rusiya Silahlı Qüvvələrinin tam miqyaslı işğalından sonra şirkət Rusiya Federasiyasından olan müştərilərinə bütün məhsul və xidmətlərin satışını və yenilənməsini dayandıracağını rəsmi şəkildə bildirdi.

“Kartoqrafiya məhsullarının müddətli və əbədi lisenziyası var. Gəmilərin təxminən 99 %-i müddətli lisenziyadan istifadə edir. Müəyyən bir tarixə qədər kartoqrafik məhsulun istifadəsi üçün növbəti ödəniş edilməlidir”, – deyə “NavMarin” şirkətin baş direktoru Aleksey Miqalin izah edib.

Elektron xəritələri yeniləmədən Liman Müfəttişliyi gəmini səyahətə buraxmayacaq. Bu həm Rusiya ərazisində, həm də ölkədən kənarda baş verə bilər. Bu halda gəmi evə qayıda bilməyəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər