17 C
Baku
Saturday, May 4, 2024

Naxçıvan Ali Məclisinin iclası olub

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Toplantıda iki məsələ müzakirə olunub.

Bunlar “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası qanunun layihəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ əsasında hazırlanmış “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanunun layihəsidir. Bundan başqa cari məsələlərə baxılıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər