Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçiriləcək.
İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə olunması nəzərdə tutulur.
İclasda, həmçinin Ali Məclisin İqtisadi siyasət komitəsinin tərkibində dəyişiklik ediləcək.