12 C
Baku
Wednesday, December 11, 2024

Naxçıvan banklarında 523 yeni bank hesabı açılıb

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 96 037-yə çatıb ki, bunun 83 027-si və ya 86,5 %-i aktiv hesablardır.

Banker.az Naxçıvan Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, son bir ayla müqayisədə 523 yeni bank hesab açılıb. Belə ki, 1 iyul 2021-ci il tarixə Naxçıvan Muxtar Respublikanın banklarında açılmış bank hesablarının sayı 95 514-ə çatıb.

Qeyd edək ki, bu ilin 7 ayında açılmış 25 290 bank hesabının 25 254-ü aktiv hesablar olub.

Naxçvanda quraşdırılmış POS-terminalların sayı isə iyul ayının sonuna 1 475-ə çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər