8 C
Baku
Friday, December 13, 2024

Naxçıvan-İqdır birgə ticarət və investisiya komissiyası yaradılacaq

Naxçıvan məhsullarının ixracını və investorların muxtar respublikaya marağını artırmaq məqsədilə Naxçıvan-İqdır birgə komissiyası yaradılacaq.

Bununla bağlı muxtar respublikada işgüzar səfərdə olan Türkiyənin İqdır Sənaye və Ticarət Palatasının nümayəndə heyəti ilə keçirilən görüşdə razılıq əldə edilib.

Qardaş ölkənin nümayəndə heyəti muxtar respublikada fəaliyyət göstərən bir neçə fabrikdə olub, istehsal olunan məhsullar və ixrac imkanları ilə maraqlanıblar.

Nümayəndə heyəti Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər. Görüşdə yeni mərhələdə qarşılıqlı ticarət əlaqələrinin perspektivləri müzakirə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər