Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Abbas Cəlil oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Abbas Cəlil oğlu İsmayılova həvalə edilib.