6 C
Baku
Sunday, December 15, 2024

Naxçıvan iqtisadiyyatı 1%-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 818 milyon 604 min 700 manat olub.

Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,6% çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1% artaraq 1 744,7 manat olub.

Həmçinin 2024-cü ilin yanvar-iyul aylarında muxtar respublikada 295 milyon 313 min 700 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 2,3% üstələyib. Sənaye məhsulunun 264 milyon 224 min manatı və ya 89,5%-i malların, 31 milyon 89 min 700 manatı və ya 10,5%-i isə xidmətlərin payına düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər