10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvan iqtisadiyyatı 2%-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub.

Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2.2% çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1.6% artaraq 1 141.8 manat olub.

Eyni zamanda, bu ilin yanvar-may aylarında muxtar respublikada 212 milyon 239 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 7.2% üstələyib.

Sənaye məhsulunun 189 milyon 78 min 600 manatı və ya 89.1%-i malların, 23 milyon 160 min 400 manatı və ya 10.9%-i isə xidmətlərin payına düşüb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər