18 C
Baku
Thursday, April 25, 2024

Naxçıvan iqtisadiyyatı böyüyüb

Naxçıvan Muxtar Respublikasında (NMR) 2021-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 355 milyon 837 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.3 faiz çoxdur.

Banker.az bu barədə Naxçıvan MR-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz artaraq 5097 manata çatmışdır.

Statistikaya əsasən, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 922 milyon 291 min 600 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrüiləmüqayisədə 1,4 faiz çoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər