11 C
Baku
Monday, November 25, 2024

Naxçıvan MR-nın Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-nin vahid sistemindən çıxarılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindən çıxarılıb.

Bu barədə Banker.az Azərbaycan Prezidentinin fərmanına istinad edir.

Qeyd edək ki, buna qədər ƏƏSMN-nin Əsasnaməsinin 5.1.-ci bəndinə görə, Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nazirliyin vahid sistemini təşkil edir.

Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

 

Son xəbərlər
Digər xəbərlər