Naxçıvan Muxtar Respublikası (MR) iqtisadiyyatına 2019-cu ilin yanvar-fevral aylarında bütün maliyyə mənbələrindən investiya qoyuluşu 73 milyon 180 min manat vəsait yönəldilmişdir.
Banker.az bu barədə muxtar respublikanın statistika komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin 69 milyon 850 min manatı və ya 95,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Ümumilikdə isə muxtar respublikaya iqtisadiyyatına qoyuluşun həcmi ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 27,5 faiz daha az olub.