Azərbaycan Respublikasının Dövlət büdcəsindən muxtar respublikanın büdcəsinə verilən dotasiyanın həcmi cari ildə daha da artırılır.
Bu barədə Banker.az Milli Məclis tərəfindən hazırlanan 2022-ci ilin Dövlət Büdcəsi haqqında qanun layihəsində deyilir.
2022-ci ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ödəniləcək dotasiya 431.6 milyon manat təşkil edəcək.
Bu da 2021-ci il üzrə hökumətin verdiyi proqnozdan 53.47 milyon manat, yaxud 14% artım deməkdir.