9 C
Baku
Thursday, December 12, 2024

Naxçıvan Stat.Kom-u kredit portfellərinin 21% artdığını deyir

Naxçıvan Muxtar Respublikasında təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.

Banker.az-a bu barədə muxtar respublikanın statistika komitəsi bildirir.

M.R.-in Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 185 milyon 801 min manat məbləğində kreditlər verilib.

Bu da bir il öncəki göstəricidən 20.8 faiz çoxdur.

Verilmiş kreditlərin 19 milyon 803.9 min manatı və yaxud 10.7 faizi qısamüddətli, 165 milyon 997.1 min manatı və yaxud 89.3 faizi uzunmüddətli kreditlər olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər