Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib.
Bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvanın Nazirlər Kabineti publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq edəcək.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minib.