Cari ildə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin 14 mindən çox aktiv kredit müştərisi olub.
Banker.az xəbər verir ki, bu barədə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov yeni filialın açılışı zamanı məlumat verib.
O, bildirib ki, bankın 44 bankomat, 72 ödəniş terminalı, 1021 POS-terminal və 61 mindən çox ödəniş kartı ilə müştərilərinə xidmət edir.