27 C
Baku
Saturday, July 27, 2024

“Naxçıvanbank”ın vaxtı bitmiş ödəniş kartlarının istifadə müddəti dayandırılacaq

“Naxçıvanbank” ASC-də müddəti uzadılmış kartların istifadəsi üçün son bir ay qalıb.

Banker.az xəbər verir ki, pandemiya ilə əlaqədar ötən ilin Mart ayından etibarən istifadə tarixi bitmiş, lakin müddəti müvəqqəti uzadılmış bütün növ Naxçıvanbank ödəniş kartlarının istifadəsi 1 Avqust tarixindən etibarən dayandırılacaqdır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ötən ilin mart ayında da Mərkəzi Bank tərəfindən müvəkkil banklara ödəniş kartlarının istifadə müddətinin artırılması ilə bağlı müraciət ünvanlanıb və həyata keçirilən tədbirlər sayəsində bank-müştəri təmasları mümkün qədər azaldılmışdır.

Son xəbərlər
Digər xəbərlər