7 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda bank sektorunun vəziyyəti Açıqlandı

Naxçıvan muxtar respublikasında 1 avqust 2022-ci il tarixə fəaliyyət göstərən 23 bank strukturu mövcud olmuşdur ki, bunun da 20-si bank və bank filialları, 2-si bank olmayan kredit təşkilatı, 1-i isə kredit ittifaqıdır.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının statistika idarəsindən məlumat verilib.

2022-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 165 milyon 65 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 5,4 dəfə çoxdur.

Cari ilin 7 ayında verilmiş kreditlərin 13 milyon 650 min 100 manatı və yaxud 8,3 faizi qısamüddətli, 151 milyon 415 min 400 manatı və yaxud 91,7 faizi uzunmüddətli kreditlər olmuşdur.

Cari ilin ötən dövründə ümumi kreditlərin 28 milyon 64 min 600 manatı sahibkarlıq subyektlərinə verilmişdir ki, bunun da 11 milyon 84 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 980 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur.

Nağdsız ödənişlərin həcmi 2018-ci ilin yanvar-iyul aylarında 21 milyon 200 min 476 manat olduğu halda,2022-ci ilin müvafiq dövründə bu göstərici 105 milyon 171 min 668 manat təşkil etmişdir. Cari ilin yanvar-iyul aylarında nağdsız ödənişlərin həcmi bir il öncəyə nisbətən 59,8 faiz artmışdır.

1 avqust 2022-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 213846-ya çatmışdır ki, bunun da 206144-ü və ya 96,4 faizi aktiv hesablardır. 1 avqust 2018-ci il tarixə isə açılmış bank hesablarının sayı 75401, aktiv hesabların sayı isə 66338 vahid təşkil etmişdir.

1 avqust 2022-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1598 olmuşdur ki, bu da 1 avqust 2018-ci il tarixə olan göstəricidən 329 vahid çoxdur.

Muxtar respublikada bank sektorunda əldə olunmuş uğurlu nəticə kimi 2022-ci ilin yanvar-iyul aylarında dövriyyəyə buraxılan pul kütləsi ilə bankların kassalarına daxil olan pul kütləsi arasında fərq azalmış, məxaricdə emissiyanın xüsusi çəkisi 13,4 faiz təşkil etmişdir. Bu göstərici 2018-ci ilin yanvar-iyul aylarında isə 30 faiz olmuşdur.

1 avqust 2022-ci il tarixə muxtar respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında 13 milyon 167 min 900 manat əhali əmanəti mövcud olmuşdur ki, bu da 1 avqust 2018-ci il tarixə olan göstəricidən 94,6 faiz çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər