22 C
Baku
Friday, April 26, 2024

Naxçıvanda banklar 50 milyon manata yaxın kredit verib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən Naxçıvan  iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 2021-ci ilin yanvar-mart ayları ərzində 48 milyon 368 min manat təşkil edib ki, bunun da 8 milyon 830 min manatını qısamüddətli, 39 milyon 538 min manatını isə uzunmüddətli kreditlər təşkil edir.

Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir.

Belə ki, verilmiş kreditlərin 4 milyon 700 min manatı sənaye, 4 milyon 157 min manatı kənd təsərrüfatı, 1 milyon 78 min manatı kommersiya, 1 milyon 165 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 30 min manatı səhiyyə və sosial xidmət sahəsinə, 37 milyon 238 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər