Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.
Nazirlikdən verilən məlumata görə, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.