17 C
Baku
Saturday, May 18, 2024

Naxçıvanda daha bir nazirliyin saytı “GOV.AZ”a köçürülüb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron informasiya resursu yeni “neco.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər