27 C
Baku
Saturday, July 27, 2024

Naxçıvanda daha bir neçə vəzifəli şəxs işdən çıxarıldı – Yeni təyinatlar

Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi işdən azad olunub.

Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb. Sərəncama əsasən, idarənin rəisi Nəsimi Novruzov işdən çıxarılıb.

İcra başçısının digər sərəncamı ilə Həziyev Anar Hüseyn oğlu Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsinin yeni rəisi təyin edilib.

Bundan başqa, Naxçıvan şəhərində yerləşən 6 Mənzil İstismar İdarəsinin 5-nin rəisi işdən azad olunub.

Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun imzaladığı sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb.

Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Ayxan Məmmədov (Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsi), Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər