9 C
Baku
Friday, December 13, 2024

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 8 dəfədən çox artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 8.4 dəfə çox – 911.9 min manat vəsait daxil olub.

Bunu “Naxçıvanda şəffaf və rəqabətli hərraclar” mövzusundakı keçirilən tədbirdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində Muxtar Respublikasında 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb ki, bu da 1 il əvvələ nisbətən 6.8 dəfə çoxdur.

“Hesabat dövründə Naxçıvanda 22 hərrac keçirilib. Həmin hərraclarda 5 qeyri-yaşayış obyektinin, 15 torpaq sahəsinin, 1 nəqliyyat vasitəsinin və 1 faydalı qazıntı yatağının satışı təşkil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.4% çoxdur. Qeyd olunan müddətdə keçirilən hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4 dəfə artıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər