14 C
Baku
Wednesday, April 17, 2024

Naxçıvanda Ermənistanın PUA-sı vuruldu

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan düşmən cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətini davam etdirir.

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti növbəti erməni təxribatı barədə məlumat yayıb.

M​​​​​əlumata görə, sentyabrın 16-sı gündüz saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edib. Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri xüsusi texniki vasitələrlə düşmən PUA-sını endirilərək zərərsizləşdirib.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər