-3 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda fevral ayı üçün əmək pensiyaları ödənilib

Naxçıvanda fevral ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb və tələb olunan vəsait pensiyaçıların ödəniş kartlarına köçürülüb.

Həmçinin fond tərəfindən sığortaolunanlara məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi başa çatdırılıb. Ümumilikdə, pensiya ödənişinə 16 milyon 251 min 785 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin verilməsinə isə 349 min 87 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülüb.

Qeyd edək ki, hər il olduğu kimi, cari ildə də əmək pensiyalarının sığorta hissəsi ötən ilin ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək əhəmiyyətli şəkildə artırılacağı gözlənilir.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, əmək pensiyasının minimum məbləği artırılaraq 280 manat məbləğində müəyyən olunub. Minimum əmək pensiyasının artırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyi üçün müvafiq Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunmuş, ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəkdir.

Müvafiq qərarlar qəbul olunduqdan sonra əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və minimum məbləğinin artırılması həyata keçiriləcək və fevral ayının sonuna kimi hesablanaraq pensiyaçılara ödəniləcəkdir. Fond bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirəcək, pensiyaların artırılmasını və ödənilməsini operativ olaraq başa çatdıracaqdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər