6 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda hər bir nəfərə düşən ÜDM 3 min manata yaxın olub

Cari ilin yanvar-iyun aylarında Naxçıvanda ümumi daxili məhsul istehsalı 1 mlrd. 363 mln. manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 2.2% çoxdur.

Banker.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3% artaraq 2 942.8 manat olub.

Komitənin hesabatına əsasən, ümumi daxili məhsulun tərkibində ilk yeri 30.2%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57.9% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər