6 C
Baku
Monday, December 16, 2024

Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətisahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

Bu ilin I yarısında Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi sahibkarlıq fəaliyyətinə 21 lisenziya verib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, lisenziyalar əczaçılıq, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, müxtəlif növ möhürlərin və ştampların hazırlanması, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsi sahələrini əhatə edib.

Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər