17 C
Baku
Friday, May 3, 2024

Naxçıvanda istehlakçılara 553 min manatdan çox ƏDV məbləği geri qaytarılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2023-cü ilin 1 oktyabr tarixinə muxtar respublika ərazisində 1980 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-sentyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 145,8 milyon manat olub.

Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 553,2 min manatdan çox, təkcə sentyabr ayında isə 90,8 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə sentyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,3 dəfə artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər