-1 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda nağdsız əməliyyatların ümumi məbləği 3 dəfə artıb

Bu ilin I rübündə Naxçıvan MR-da 110.7 milyon manat məbləğində nağdsız əməliyyatlar aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.8 dəfə çoxdur.

Yanvar-mart aylarında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 17.4 milyon manatı POS-terminalların, 93.3 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.

Son xəbərlər
Digər xəbərlər