27 C
Baku
Monday, June 17, 2024

Naxçıvanda nazirə yeni müavin təyin olundu

Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə yeni müavin təyin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 27 may tarixli sərəncamına əsasən, Xudiyev Rəşad Xəlil oğlu MR təhsil nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Təhsil Nazirliyində aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər